Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasında “Sülh naminə liderlik: Təhlükəsizlik axtarışında BMT Nizamnaməsi ətrafında birləşmək” mövzusunda təşkil olunmuş müzakirədə çıxışı zamanı deyib.
O deyib ki, Ermənistan Bakıda COP29-a qədər sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrinin imzalanmasını təklif edir.
Baş nazir vurğulayıb ki, bunda məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.
“Mən və rəhbərlik etdiyim Hökumət regionumuzda münaqişələrə son qoymaq və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirmək əzmindəyik. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”-deyə Paşinyan vurğulayıb.
“Biz 1991-ci il Alma-Ata Bəyannaməsini əsas götürərək delimitasiya komissiyalarımız arasında normativ sənədlər əsasında sərhədlərin delimitasiyası prosesini davam etdirməyə hazırıq”.
Azpost.info