Paşinyan şagirdlərə sərhədlərin delimitasiyası barədə məlumat verib

Ermənistanın baş naziri Nikol Paşinyan öz kabinetində orta məktəb şagirdləri ilə görüşüb. Hökumət başçısı məktəblilərə dövlət sərhədləri barədə məlumat verib, birinci sərhəd sütununun maketini göstərib.

Paşinyan həmçinin şagirdlərə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı məlumat verib.

“Sərhəd dövlətin mühüm simvoludur. Bu il Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Tavuş vilayətində aparılıb”, – deyə baş nazir bildirib(azərtac).

Əvvəlki məqalə

Sabah Bakı şəhəri üzrə içməli suyun təchizatı bərpa ediləcək

Sonrakı məqalə

6 ayda azad edilmiş rayonlarda tikintiyə 2 milyarddan çox pul xərclənib