“Paşinyanla İlham Əliyevin görüşü planlaşdırılmır”.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Baş nazirinin ofisinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan MediaHub.am saytına bildirib.
“Sabah belə bir görüş olacaqmı?” sualına cavabında “məndə hələ belə bir məlumat yoxdur”, – deyə Armen Xaçatryan bildirib.
Hazırda Nikol Paşinyan, həm də İlham Əliyev fevralın 17-19-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhendə işgüzar səfərdədirlər.