“Rus Pravoslav Kilsəsinin patriarxı Kiril yolundan çıxıb”.
Azpost.info xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin kardinalı Reynhard Marks bildirib.
“Kirill “müqəddəs müharibə” anlayışını təbliğ edir. Səlib yürüşləri orta əsrlərdə belə şüarlar altında həyata keçirilirdi”, – o, “Welt am Sonntag”a müsahibəsində deyib
Kardinalın sözlərinə görə, dini böhran fonunda iki yanlış yol var: “Biri dinin sentimentallaşmasıdır. O zaman ki, onu yalnız təsəlli kimi qəbul edirlər. Digəri isə dinin siyasiləşməsidir”.
Azpost.info