PayPal ödəniş sistemi ölkəmizdə niyə işləmir? –EKSPERT RƏYİ

Beynəlxalq ödəniş sistemi olan PayPal sisteminin ölkəmizdə fəaliyyətə başlaması üçün “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında ” qanunu qəbul olunmalıdır.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb: “Bunun üçün gərək Mərkəzi Bank, Milli Məclis zaman tapıb 7 il ərzində qəbul edə bilmədiyi “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında ” qanunu qəbul etsinlər”.
Onun sözlərinə görə, Rusiyanı tərk edən qlobal ödəniş sistemi olan PayPal artıq Ukraynada tam funksionallığı ilə fəaliyyətə başladığını açıqlayıb.
“İndiyədək PayPal bu ölkədə bizim ölkəmizdə olduğu kimi qismən fəaliyyət göstərirdi. İstifadəçilər yalnız internetdə hansısa xidmətləri və ya malları almaq üçün ödəniş edə bilərdilər. İndi isə ukraynalılar PayPal vasitəsilə ödənişləri qəbul edə və bu sistemə inteqrasiya olunan kartlar vasitəsilə pul köçürə biləcəklər”.
O.Gündüzün sözlərinə görə, PayPal ukraynalılar üçün bu xidmətdən istifadə ilə bağlı rüsumları da sıfırlayıb. 30 iyun tarixədək ukraynalılar bu xidmətdən pulsuz istifadə edəcəklər.
“Bir müddət öncə Ukraynanın Rəqəmsal Transformasiya naziri PayPal-ın Ukraynada tam funksionallığı ilə bağlı fəaliyyətinin təmin edilməsi haqqında bu qurumun rəhbərliyinə müraciət ünvanlamışdı”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı PayPal, həmçinin Xoom, Wise və Remitly ödəniş sistemləri Rusiyada fəaliyyətlərini dayandırıblar.
Azpost.info
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Qərargah rəisi Quru Qoşunlarında olub

Sonrakı məqalə

Rusiyada antidepresanlara tələbat kəskin artıb