Paytaxtın atmosfer havasında dəm qazı və azot-4 oksid 1,2 dəfə normadan yüksək olub

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı və azot-4 oksid 1,2 dəfə normadan yüksək müəyyən olunub.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olması nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Əvvəlki məqalə

Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son vəziyyət açıqlanıb

Sonrakı məqalə

“Belarusda nüvə silahının olması regionda təhlükəsizliyə zəmanət verir”