Pensiyalar 450 manat olacaq –SAHİL BABAYEV AÇIQLADI

“Azərbaycan sosialyönümlü siyasəti ilə əhalinin rifah halının yüksəldilməsi üçün öz hədəflərini müəyyən edir və həyata keçirir”.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, qısa müddət ərzində sosialyönümlü xərclərin 2 dəfə artması böyük nailiyyətdir: “Ölkədə əməkhaqqlarının artırılması sahəsində islahatlar davamlı nəticə göstərir. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir. Həm yaşa görə, həm də ümumi pensiyaların 400 manatın üzərində olması planlaşdırılır. Yaşa görə pensiyanı 450 manat ətrafında, ümumi pensiyanı isə 400 manat planlaşdırırıq”.

Əvvəlki məqalə

“Fransa azərbaycanlıların Senata ünvanladığı petisiyaya reaksiya bildirməyib”

Sonrakı məqalə

“Bütün qoşunlar Xersonu tərk edərək Dneprin sol sahilinə keçiblər”