“Rusiya dünya ölkələrinin təhlükəsizliyinə təhdid yaradır, dövlətlərin iqtisadiyyatını dağıtmağa çalışır”.
Azpost.info bildirir ki, bu barədə Pentaqonun şefi Mark Esper bildirib. Xəbəri “Assoşeyted Press” yayıb.
Onun sözlərinə görə, Rusiya Avropadakı, o cümlədən Ukraynadakı təcavüzkarlığına görə məsuliyyət daşıyır. Esper deyib ki, Rusiya özünün nüvə başlıqlı raketlərini Avropaya tuşlayıb. Pentaqon rəhbəri həmçinin Çini də dağıdıcı fəaliyyətdə ittiham edib. Esper Qərbi hər iki dövlətə güclü müqavimət göstərməyə çağırıb.