Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə gəlib- FOTO

Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, Ostin bildirib ki, ABŞ Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyini davam etdirəcək.

“Ukrayna liderləri ilə görüşmək üçün indicə Kiyevə gəlmişəm. Bu gün mühüm mesajı çatdırmaq üçün buradayam – ABŞ həm indi, həm də gələcəkdə Rusiyanın təcavüzünə qarşı Ukraynaya azadlıq uğrunda mübarizəsində dəstəyini davam etdirəcək”, – Ostin deyib.

Bu yaxınlarda Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla telefon danışığı aparıb. Onlar noyabrın 22-də videokonfrans vasitəsilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) növbəti iclasının planları barədə danışıblar.

Azpost.info

Əvvəlki məqalə

Antiterror tədbirləri zamanı şəhid olanların ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb

Sonrakı məqalə

Baydenin reytinqi ən aşağı səviyyəyə düşüb