Pentaqonun rəhbəri Ukraynaya uzunmüddətli hərbi yardım vəd etdi

Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynaya uzunmüddətli hərbi yardım vəd edib.

Azpost.info xəbər verir ki, o, bəyanatını Ukraynanın şizmatik pravoslav kilsəsinə aid olan Kiyevin mərkəzində yerləşən Müqəddəs Mixail kilsəsi fonunda verib.

“Mən Kiyevə bazar ertəsi mühüm mesajla gəldim: Birləşmiş Ştatlar Ukraynanın yanındadır və biz uzunmüddətli perspektivdə onların yanında olacağıq”, – Ostin deyib.

O qeyd edib ki, ukraynalılar mətanət və güc nümayiş etdirdikcə Birləşmiş Ştatlar həmişə demokratiyanın tərəfində olacaq: “Biz daha parlaq gələcəyə doğru getmək üçün Rusiyaya qarşı müttəfiqlərimizi və tərəfdaşlarımızı birləşdirmişik. ABŞ rəhbərliyi  həmişəkindən daha qətiyyətlidir”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.