Peterburqda kişi sevgilisini üçüncü mərtəbədən atıb

Sankt-Peterburqda kişi sevgilisini üçüncü mərtəbədən yerə atıb.

REN TV-nin məlumatına görə, 30 yaşlı zərərçəkən xəstəxanaya yerləşdirilib.

Hadisə avqustun 26-na keçən gecə Kupçinskaya küçəsində baş verib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriib.

“Kişi qadını üçüncü mərtəbənin pəncərəsindən atıb. O, şübhəli şəxs kimi saxlanılıb”, – mənbə bildirib.

Faktla bağlı cinayət işi başlanıb.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə oteldə atışma olub

Sonrakı məqalə

FOX telekanalı İstanbulu Türkiyə xəritəsindən silib