Pezeşkian Avropa İttifaqının prezidenti ilə görüşdü –Şarl Mişel nə xahiş edib?

İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.

Azpost.info-nun məlumatına görə, İranın yaydığı məlumatda deyilir ki, görüş zamanı Pezeşkian deyib ki, İran heç vaxt Rusiyaya ballistik raketlər verməyib. Rusiya ilə Ukrayna arasında gedən müharibədə İran yalnız münaqişəni dayandırmaq və sülhü bərqərar etmək istəyir.

İran prezidenti həmçinin bildirib ki, İran heç bir şəkildə nüvə silahına sahib olmaq istəməyib və buna cəhd də etmir. Tehran regionda və bütün dünyada sülh və təhlükəsizliyin bərqərar olması və möhkəmləndirilməsinə yönəlmiş hər hansı hərəkəti alqışlayır və dəstəkləyir.

Çarlz Mişel qeyd edib ki, Aİ Pezeşkianın seçilməsinə bir pəncərə və İran-Aİ danışıqlarının bərpası üçün yeni fürsət kimi baxır. Aİ-nin İrandan əsas xahişi  beynəlxalq məsələlərdə ciddi danışıqlar aparmaqdır: “Biz İranın Fələstin məsələsində, Ukraynadakı münaqişələrdə və nüvə məsələsində razılığın əldə olunmasında konstruktiv rol oynamasını istəyirik”.

Əvvəlki məqalə

Rusiyada banklar köhnə və zədəli dollar almaqdan imtina edir

Sonrakı məqalə

Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib