İranın vitse-prezidenti yaxın günlərdə Ermənistana səfər edəcək.
Azpost.info bildirir ki, bu barədə İran prezidenti Pezeşkian açıqlama verib.
Onun sözlərinə görə, Nyu-Yorkda region və dünya ölkələrinin rəhbərləri ilə görüşləri ilə eyni vaxtda İranın iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələri ilə danışıqlar aparılır.
“Yaxın günlərdə birinci müavinim Pakistan və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu səfərlər insanların həyatında yaxşılaşmalar gətirəcək”-deyə prezident vurğulayıb.
Pezeşkian bildirib ki, rəhbərlik etdiyi 14-cü hökumət Qərbdən Şərqə, Nyu-Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiyaya can atır. “Söz verdiyimiz kimi, biz Şərqlə Qərblə milli maraqlar əsasında qarşılıqlı fəaliyyət göstərəcəyik”.