Azpost.info məşhur Hollivud kino aktyoru Edrian Broudinin “Nargis” jurnalında çap olunmuş müsahibəsini oxucularına təqdim edir:
“Pianoçu” – dən sonra Edrian Broudinin qəzet başlıqlarına düşməsinin səbəbi yalnız cəmiyyət içində xanımları öpməsi deyildi. Hər kəs onun, Holli Berri ilə 75 – ci “Oskar” mükafatının veriləsi mərasimində, Berri onu “Ən yaxşı aktyor” nominasiyasında qalib elan edən zaman etdiyi məhşur öpüşünü xatırlayır. Bunun ardınca, o, MTV Awards tədbirində Kluin Latifanı və 2004 – cü ildə “Oskar” mükafatlandırılması mərasimində (Edrian aktrisaya “Canavar” – a görə mükafat verən zaman) Şarliz Teronu öpmüşdü. Bundan başqa o, Nyu – Yorkda Amerika Drama Sənətləri Akademiyasını bitirmiş, Terrens Malik, Spayk Li, Berri Levinson və Ken Louç kimi məşhur rejissorlarla əməkdaşlıq etmiş, televiziya şoularında iştirak etmişdi. Qeyri – adi xarici görünüşünə görə, o, elit arthauslarda oynanılan tamaşa rollarına qəbul edilirdi. Onun iri, qəmli gözləri, intellektual davranış xüsiyyətləri və füsünkar pozaları Amerkanı ovsunlayır, Hollivudun itmiş klassik ruhunu xatırladırdı.
-Sizin vizit kartınız, Roman Polanskinin “Pianoçu” filmində eyni adlı rol olmuşdur?
-Romana qədər məni Stiven Soderberq görmüş və “Hökmdar və dağlar” adlı filminin çəkilişlərinə dəvət etmişdi. Bu filmədək isə, mən Terrens Malikin “İncə qırmızı xətt” filmində rol almışdım. Yeganə problem ondan ibarət idi ki, mənim ifa etdiyim rolu, filmin son versiyasından demək olar ki, kəsib çıxarmışdılar, bu səbəbdən də məni heç kim xatırlamır. Soderberq və Malikin layihələrində yer almadan öncə, mən, Nyu – Yorkdan olan, iş axtarışında Los Ancelsə gedən kasıb və bilinməyən bir aktyor idim. Lakin sizin sualınızda həqiqət payı da var. “Pianist” işıq üzü gördükdən sonra həyatım iki yerə ayrıldı: “Pianoçu” – dək və “Pianoçu” – dən sonra. Başım o qədər roluma qarışmışdı ki, öz sevgilimdən də ayrılmışdım. Mən, heçnəyin mənim fikrimi film üzərində çalışmamdan ayırmasını istəmirdim. Çəkilişlərdən sonra mən dərin depressiyaya düşdüm, panik ataklarım başladı. Mən tək qalmaqdan qorxur və çox vaxt dostlarımın evində, divanda yatırdım. Xoşbəxtlikdən Uels Anderson məni, “Darciling Limited” layihəsində yer almağa çağırdı və həyatım yenidən yoluna düşdü.
-Kifayət qədər bir – birinə zidd olan obrazlarda rol almısınız, ələlxüsus da Roman Polanskinin “Pianist” – də və Ues Andersonun “Asteroidlər şəhəri” – də oynadığınız personajlar kimi. Bunlar arasında müəyyən fasilə vermək məcburiyyətində qalırsınız, elə deyilmi?
-Mən bütün vaxtımı Varşava xarabalarında çürük kartof yeyərək keçirə bilmərəm. Əslində isə mən, studioda qurulmuş dekorasiyaların arasında gəzirdim. Bundan başqa, mənim komendiya yoxsa dramada rol almağım kimin vecinədir? Əsas odur ki, mənim işim olsun və mən gördüyüm işdən həzz alım, qapı – qapı gəzib iş axtarmayım. Mən Uesin filmində çəkilməyə başlayanda çox vacib bir məsələni anladım: dramlarda rol almağımla formalaşmış ciddi imicimin mənə heç bir ziyanı olmadı – mən gülmək bacarığımı itirmədim. Həm də mən onun filmlərinin üzərində işləməyi sevirəm. Uesin filmlərinin çəkilişi zamanı bizi yaxşı yedizdirirlər!
-“Darcilinq Limited” – də göstərildiyi kimi, çəhrayi şalvarla dağa dırmaşarkən öz ciddi intellektual və tənha döyüşçü obrazınızı itirməkdən qorxmursunuz?
-Xeyr, qətiyyən. Mən karyeramı komediyadan başlasaydım və bu dəsti – xətti qoruyub saxlasaydım, bu gün məni yalnız komediyalarda rol almağa dəvət edərdilər, bu isə problemə çevrilərdi. Lakin mən ciddi obrazlardan başladığımıza görə, komediyalarda rol aldığım zaman jurnalistlər mənə eyni sualla müraciət edir: pianist ikən necə klouna çevrilə bildiniz?
-Andersonun filmlərində olan hansı xüsusi rollarda siz klounu canlandırmısınız?
Ues mənə çox emosional, həssas və intellektual rollar verir. Düşünürəm ki, tənqidçilər bəzən Uesi düzgün anlamır. Onlar, rejissorun filmlərini səthi və süni hesab edirlər. Lakin mənim fikrimcə, Ues səmimi qəlbdən tamaşaçını əyləndirməyə çalışır. Məsələn, “Asteroidlər şəhərində” mən rejissor rolunu oynamışdım. O, psixozun sərhədlərini yerindən oynatsa da, personaj yenədə yaradıcı və intellektual obraz olaraq qalır. “Fransız sürgünü” – də (2021) personajım, amerikalı kolleksiyaçıları qədim avropa ustalarının yaradıcılığı ilə tanış etmiş əfsanəvi fiqur, art – diler Cozef Dyüvin adlı britaniyalı real şəxsiyyətdən ilhamlanmışdır.
-Filmdə canlandırdığınız rolu qəbul etməzdən öncə Cozef Dyüvinlə tanış idiniz?
-O zamanlar Nyu – Yorkun fəhlə rayonu hesab edilən Kvinsdə böyüsəm də, uşaqlıqdan yaradıcı həyata can atmışam. Anam The Village Voice – da fotoqraf işləyirdi, onun işləri The New Yorker, New York Times, Artforum və digər prestijli jurnallarda çap edilirdi. Dörd yaşım tamam olanda o, məni bədii sərgilərə aparırdı. Onunla tez – tez iş yerinə gedərək anamın yaradıcılığı ilə əyani şəkildə tanış olurdum. Bu, jurnal və qəzetlər üçün parlaq vaxtlar idi: məhşur yazıçıların əsərləri, məqalələri çap olunur və çoxlu reklam yerləşdirilirdi. Baxmayaraq ki, mən, öz böyük təxəyyülümdən və improvizasiyaya qarşı olan məhəbbətimdən dolayı yazıçı olmaq istəyirdim, sonradan aktyorluq sənətini daha mənə daha cazibədar göründü. Yazıçılıqdan əlavə, mən hər zaman rəsm çəkməyi sevmişəm və bu günədək də bu işlə məşğul oluram. İncəsənət mənim qəlbimdə xüsusi yer tutur – o, özündə həqiqət, yumor və füsünkarlığı ehtiva edir.
-Ues Anderson hər zaman eyni aktyorlarla işləməyə meyllidir. Onun komandasının bir üzvünə çevrilməyi necə bacardınız?
-Çoxlu müxtəlif rejissorlarla işləmək fürsətim olub, lakin Ues Andersonun ailəsinin üzvü olmaq mənim böyük uğurumdur. Onun kino sənayesinə olan ehtirasına və detallara qarşı xüsusi diqqətinə heyraman. Onun çəkilişlərində hər şey eyni zamanda baş verir – müzakirələr, çəkilişlər və montaj. O iradi olaraq, ailə ənənələrini aşılayır. Məsələn, roliklərin çəkilişindən sonra biz, hər zaman axşam yeməyi ətrafında toplanırıq ki, düşüncələrimiz və bizi narahat edən məsələləri bölüşək. Bəzən, hotel nömrəsindən çıxdıqda elə təəssürat yaranır ki, elə bil hol da Hollivudun elitasının toplandığı “Oskar” mükafatlandırılması mərasimidir. Burada tez – tez Tilda Suintona, Benisio Del Toroya, Bill Myurreyə, Edvard Nortona, Ceyson Şvarmana, Frensis MakDormanda, Uillyam Defoya, Anjelika Hyustona və başqa ulduzlara rast gəlmək olar. Bu cür əfsanəvi ulduzların bir arada toplanması – hər bir çəkiliş meydançası üçün təsadüf hal hesab oluna bilər.
-Hansı rollar sizdə daha çox maraq doğurur?
-Məni, daha az “rola girməyi” tələb edən personajlar maraqlandırır. Mən özümü başqa cür qələmə verməyi sevmirəm. Məsələn, əgər mən ac qalmış obrazı oynamalıyamsa, mən öncədən yemək yemirəm. Əgər ssenariyə görə personajım axsamalıdırsa, mən ayaqqabımın içinə daş qoyuram. Mən çətinlikləri səmimiyyətlə yaşamağa üstünlük verirəm, buna görə də, özümü başqa cür qələmə verməyimə ehtiyac qalmır.
-Tez – tez dünya səyahətinə çıxırsınız, bəs harada özünüzü evinizdəki kimi hiss edirsiniz?
-Şəxsən mən özümü dünya vətəndaşı hesab edirəm. Mənim şəxsiyyətim, yalnız Avropa deyil, həmçinin Hindistan və Çin olmaqla, bir çox qitələrin mədəniyyətlərinin təsiri ilə formalaşmışdır. Müxtəlif təcrübələrin olması, şəxsiyyətin formlaşmasında və ətarfın sizə qarşı olan münasibətinin qəbul edilməsində həlledici rol oynayır. İndiki zamanda, tez inkişaf edən və səthi əyləncə formaları, fast – fud kimi insanların vərdişinə çevrilmiş alışqanlıqlarla dolu dünyada, mən həqiqi sənət axtarmağa və ondan ilham almağa üstünlük verirəm.
-Məşhurluğunuza münasibətiniz necədir?
-Məşhurluq – insan üçün qeyri – təbii vəziyyətdir; bu onların bütün həyatını dəyişir. İnsanların sizə qarşı olan münasibəti dəyişir. Digər tərəfdən onlar sizi süni həvəslə qarşılayır, hər bir sözünüzə diqqət edir. Hollivudda şöhrətsahibi olsanız, insanlar sizin haqqınızda hər şeyi – fikirlərinizi, hisslərinizi, kimilər birlikdə olduğunuzu və kimi sevdiyinizi bildiklərini düşünür – onlar sizin hər bir addımızı idarə etməyə çalışır. Mən idarə olunmağı sevmirəm. Fikrimcə Hollivud – bəxtiniz gətirsə, dünyanın ən gözəl, qonaqpərvər və səxavətli yerlərindən biridir. Əks təqdirdə, bura paxıllıq, korrupsiya və çirkli işlərlə dolu yerə çevrilmiş olur.
-O zaman siz niyə ulduz oldunuz? Bu qızlarla daha rahat tanış olmaq üçündür?
-Mənim heç vaxt belə problemim olmayıb. Qızla tanış olmaq üçün məşhur olmağınıza ehtiyac yoxdur. Bundan başqa, mən təsadüfi görüşlərə deyil, dərin mənalı münasibətlərə üstünlük verirəm. Mən ciddi münasibətdə olduqda, başqalarını axtarmağa ehtiyac duymuram.
-Keçmiş günlərə qarşı nostalji hissləriniz var?
-Ümumiyyətlə mən, nostalgiya və melanxoliyaya meyli deyiləm. Mən, məsələn, Nyu – Yorkda La Quardiya məktəbində oxuduğum vaxtları xatırlamağı sevirəm. O zaman mən gənc və ümid dolu idim.Lakin mən, bakalavrda təhsil aldığım zaman daim qeyri – stabillik və maliyyə çətinlikləri ilə qarşılaşdığımı da unuda bilmirəm. Bütün bunlara baxmayaraq, mən, aktyor olmaq arzumu həyata keçirdiyimə görə və özümün xəyalpərəst, tələbə ruhumu qoruyub saxladığıma görə çox şadam. Nostalgiya da xatirələr kimi asan gəlir. Geriyə baxmaq və keçmişi xatırlaya bilmək mənim üçün dəyərli üstünlükdür.