Pike Şakiranın xəyanətdən bəhs edən mahnısına ilk dəfə münasibət bildirdi

Tanınmış futbolçu Jerar Pike kolumbiyalı müğənni Şakiranın ona həsr etdiyi mahnıya münasibət bildirib.

Azpost.info xəbər verir ki, Pike keçmiş sevgilisi və uşaqlarının anası olan Şakiranın mahnısını eşitdiyini, lakin bu barədə danışmaq istəmədiyini deyib.

“Bizim uşaqlar qarşısında məsuliyyətimiz var. Valideynlər övladlarını qorumalıdırlar. Mən bu haqda danışmaq istəmirəm. Sadəcə övladlarımın yaxşı olmasını istəyirəm. Övladlarımla həmişə yaxın münasibətim olub. Heç bir şey məni onların xoşbəxtliyindən daha xoşbəxt etmir”, – futbolçu bildirib.

“Sən “Ferrari”ni “Tvingo”ya dəyişdin. Sən “Rolex”i “Casio”ya dəyişdin. İdman zalları həddindən artıq çoxdur, bir az da beyninizi işlətsəniz…”, – 45 yaşlı ifaçı “Shakira: Bzrp Music Sessions, Vol 53” adlı yeni bəstəsində Pikenin xəyanətini belə təsvir edib.

Şakira Pikeni 2022-ci ilin yayında xəyanətə görə tərk edib. Cütlüyün 2 övladı var.

Azpost.info

Əvvəlki məqalə

İmran Xanın tərəfdarları və polislər arasında toqquşmada 62 nəfər yaralanıb

Sonrakı məqalə

Sabah hava necə olacaq?