Müsavat Partiyasının bu gün keçirməyə cəhd göstərdiyi piketlə əlaqədar saxlanılanlar - partiya başqanının müavinləri Fərəc Kərimli, Səxavət Soltanlı, partiyanın Səbail rayon təşkilatının sədri Zakir İsmayıl, Müsavat Partiyasının üzvü Yaşar Türkazər  və digərləri sərbəst buraxılıblar. Bu barədə APA-ya partiyadan bildirilib. Qeyd edək ki, bu gün Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında piket keçirməyə cəhd göstərib. Polis razılaşdırılmamış aksiya cəhdinin qarşısını alıb.