“Polad rütbəyə görə xidmət etmirdi…” –Cəsur generalla birgə xidmət etmiş hərbçi

Polad Həşimov haqqında danışmaq həm çətin, həm də şərəflidir. O, əsgərindən zabitinə qədər hamı tərəfindən tanınır və sevilirdi. Hətta tanımayanlar belə Polad Həşimov haqqında həmişə fəxrlə danışırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan mayor Bəxtiyar Abdullayev söyləyib.

“Polad Həşimovla birlikdə xidmət etmişəm. Yüksək rütbəli olsa da, heç vaxt özünü rütbəsinə görə önə çəkməzdi. O, rütbəyə görə deyil, Vətən üçün xidmət edirdi. Onun bir arzusu var idi: torpaqlarımız işğaldan azad edilsin. O, öz şəhidliyi ilə bu işğala son qoydu. Polad Həşimov şəhidliyi ilə bizə Qarabağı qaytardı”, – deyə B.Abdullayev vurğulayıb.

Əvvəlki məqalə

Binada partlayış nəticəsində yaranan dağıntılar altından insan tapılmayıb –

Sonrakı məqalə

“Toy mahnıları səhnədə oxunur, bu necə ola bilər?” –