Polis Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələni araşdırır

DİN
DİN

Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələ araşdırılır.

Bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Qeyd olunub ki, hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə bu gün məlumat daxil olub.

“Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”, – deyə bildirilib.

Qeyd edək ki, Bakı Şəhəri 75 nömrəli tam orta məktəbin VIII sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb.

Bu barədə APA-ya məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Qeyd edək ki, şagirdin Sabunçu rayonunun Zabrat qəsəbəsində 7 nəfər yeniyetmə tərəfindən döyüldüyü barədə məlumat yayılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.