Polşa Belarusla sərhəddə hərbi qulluqçularının sayını təxminən 3 dəfə artıracaq.
Azpost.info xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 1-dən yeni missiya işə salınacaq. İki əməliyyat başa çatacaq. Onlardan biri təlim, digəri isə sərhəd mühafizəsi ilə bağlıdır. 17 minə qədər hərbçi iştirak edəcək”, – məlumatda deyilir.
Nazirlik qeyd edib ki, hazırda Belarusla sərhəddə 6 minə yaxın hərbi qulluqçu var.
Azpost.info