ABŞ ordusuna məxsus 80-dən çox M1A2 “Abrams” tankı Polşanın mərkəzində yerləşən Povidze hərbi bazasına yerləşdirilib.
Azpost.info xəbər verir ki, bu barədə “interia.pl” portalı məlumat yayıb.
Məlumata görə, bütün tanklar Almaniyadakı ABŞ bazalarından göndərilib. Bazaya 150-yə yaxın “Bradley” zirehli transportyoru və 20 ədəd M109 özüyeriyən silah da gətirilib.
ABŞ hərbi avadanlığı 2023-cü ilin aprelindən Povidzeyə gəlməyə başlayıb. Portal qeyd edir ki, çatdırılan bütün ABŞ tankları M1A2 Sep v3-ün gücləndirilmiş zirehləri və daha müasir elektron sistemləri ilə dəyişdirilmiş qülləsi ilə seçilən ən son versiyasıdır.
Povidzdə yerləşdirilən “Abrams” tankları ABŞ ordusuna məxsusdur və NATO-nun şərq cinahını gücləndirmək üçün nəzərdə tutulub. Polşa ordusunun özünün “Abrams” tankları da var.
Azpost.info