Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb

Futbol üzrə Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb.

Bu, Qətərdə təşkil olunan dünya çempionatının ilk turu çərçivəsində keçirilən Polşa – Meksika matçında qeydə alınıb.

Robert Levandovski 58-ci dəqiqədə Polşanı hesabda önə keçirmək şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Meksika millisinin qapıçısı Gilyermo Oçoa penaltini dəf edib.

Bununla da Polşa millisi mundiallar tarixində ardıcıl 3 dəfə penaltini qola çevirə bilməyən ilk komanda olub. R.Levandovskidən əvvəl 1972-ci ildə Kazimej Deyna, 2002-ci ildə isə Maçey Juravski pelatini qaçırıb.

Əvvəlki məqalə

PKK terrorçuları Türkiyə ərazisinə 3 raket atıb

Sonrakı məqalə

Gədəbəy sakini ailə üzvləri tərəfindən döyülərək öldürülüb