Polşa Səudiyyə Ərəbistanını məğlub edib –DÇ-2022

Qətərdəki futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

C qrupunda Polşa yığması Səudiyyə Ərəbistanı komandası ilə üz-üzə gəlib. Görüş Polşa seçməsinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, qarşılaşmada ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Avropa təmsilçisinin kapitanı Robert Levandovski 82-ci dəqiqədə ikinci qolu rəqibin qapısından keçirib.

Bu qrupun digər oyunu saat 23:00-da Argentina və Meksika yığmaları arasında olacaq.

Qeyd edək ki, günün ilk oyununda – D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. D qrupundakı digər oyunda Fransa və Danimarka komandaları qarşılaşacaqlar. Matç saat 20:00-da başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.