Kolumbiya prezidenti Qustavo Petro göyərtəsində 20 milyard dollar dəyərində xəzinənin olduğu, 300 il əvvəl batmış gəmini axtarır.
Azpost.info “Hypebeast” ə istinadən yazır ki, İspaniyaya məxsus “San Xose” gəmisi 1708-ci ildə Panamada qızıl, gümüş və daş-qaşdan ibarət anbarı ələ keçirir. Geri qayıdrakən Britaniya donanması tərəfindən pusquya düşüb.
Batmış gəminin yeri ilə bağlı əfsanələr gəzirdi. Bildirilir ki, Kolumbiya hökuməti gəminin yerini hələ 2015-ci ildə kəşf etsə də xəzinə ovçularının onu tapmaması üçün gizli saxlayıb.
Prezident Gustavo Petro “San Xose”nin qaytarılması üçün axtarış bölmələrini fəallaşdırıb. O, 2026-cı ildək, səlahiyyət müddəti bitmədən bunu başa çatdırmaq niyyətindədir.
Bu müddət ərzində qənimətdən qazanc əldə etmək istəyənlər də olub. ABŞ-ın “Sea Search Armada” şirkəti 1981-ci ildə “San Xose”nin yerini tapdığını iddia edib və gəmini geri qaytarmaq üçün Kolumbiya hökumətinə xəzinəni 50/50-yə bölməyi təklif edib. Lakin təklif rədd edilib.
Tarixçilər və arxeoloqlar xəzinə ovuna qarşıdırlar. Boqotadan olan dəniz arxeoloqu Rikardo Borrero kimi tarixçilər və tədqiqatçılar hesab edirlər ki, istənilən axtarış mükafatdan çox risklə doludur. Onların fikrincə, dəniz səviyyəsindən təxminən 7000 m aşağıda yerləşən gəmi artıq ətraf mühitlə tarazlıq vəziyyətinə daxil olub.
Azpost.info