Prezident Administrasiyasının rəhbəri maaşını Koronavirus Fonduna köçürdü

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və  Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdüblər.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlər xüsusi rejimli tibb müəssisələrinin formalaşmasına, maddi-texniki sahənin gücləndirilməsinə, eləcə də ölkəmizdə koronavirusla mübarizə sahəsində həyata keçirilən digər tədbirlərə yönələcək.

Fonda Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayrılıb, Azərbaycan Prezidenti bir illik əməkhaqqını Fonda ianə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rayondan Bakıya sərnişin gətirən “Təcili yardım”ın sürücüsü işdən azad olundu –

Sonrakı məqalə

Qərargah: