Prezident Administrasiyasının şöbə müdiri və REAL üzvü Natiq Cəfərli görüşüb

Bu gün Prezident Administrasiyasında, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli arasında görüş keçirilib.

Azpost.info bildirir ki, bu barədə REAL Partiyası məlumat yayıb.

Söhbət zamanı ölkədəki siyasi-ictimai vəziyyət və qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, dialoqun inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.

Əvvəlki məqalə

Hacı Şahinin ailəsi ziyarətlə bağlı müraciət edib

Sonrakı məqalə

Tiflisdə etirazçılar hökumətin istefa verməsini tələb edir