Prezident hökumət qarşısında maaşların artırılması məsələsini qoyub- Samir Şərifov

“Prezidentin hökumətin qarşısında qoyduğu məsələ əməkhaqlarının artırılması ilə bağlıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanımaliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əməkhaqlarının, sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib: “Prezidentin müvafiq tapşırığının icrası məqsədilə əməkhaqqı, pensiya və sosial müavinət, ünvanlı sosial yardım, təqaüd xərcləri, mininum əmək haqqının, minimum pensiya, ehtiyac meyarı və yaşayış minimumun məbləğinin artımları üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Növbəti ildə ünvanlı sosial yardlmın təyin edilməsi üçün ehtiyac meyarı həddinin və yaşayış minimumunun məbləğinn 270 manatdan 285 manata çatdırılması, onlardan irəli gələn müvafiq xərclərin maliyyələşdirilməsi dövlət büdcəsi xərclərində əksini tapıb”.

Əvvəlki məqalə

İrana yeni sanksiya, Çinə xəbərdarlıq…

Sonrakı məqalə

Daxili dövlət borcu niyə artıb?