Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib –

YENİLƏNİB
11 Yanvar 2021 - 13:15

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.

Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

**

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rəsmi səfərdədir.

Bu barədə “TASS” agentliyi məlumat yayıb. Qeyd olunub ki, dövlət başçısının korteji Kremlə tərəf yol alıb.

Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçiriləcək.