Prezident İlham Əliyev Rafael Dadaşovun vəfatı ilə bağlı nekroloq imzalayıb

17 Mart 2020 - 13:11

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rafael Dadaşovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

APA-nın məlumatına görə, nekroloqda deyilir: 

“Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın Xalq artisti Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 75-ci ilində vəfat etmişdir.