Prezident İlham Əliyev siyasi partiya sədrlərini Novruz bayramı münasibəti ilə təbrik edib.
Azpost.info bildirir ki, dövlət başçısının təbrikini Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müxalifət və iqtidaryönlü partiya sədrlərinin Ağdama səfəri zamanı onlara çatdırıb.
“Prezident mənə tapşırdı ki, sizin hər birinizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edim. Hər birinizin ardıcıllarına, partiya üzvlərinə, ailə üzvlərinizə sağlıqlı ömür arzu edir, Azərbaycanın xoş gələcəyi naminə aparacağınız mübarizədə, görəcəyiniz işlərdə uğurlu fəaliyyət və işıqlı sabahlar arzulayır“-deyə Ə.Vəliyev vurğulayıb.