Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

25 Noyabr 2021 - 22:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir:

“Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç.

Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm”.