Prezident İlham Əliyev Özbəkistana səfərə gedib- Zirvə görüşündə iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın Özbəkistana səfərə gedib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlki məqalə

“Si Cinpinin G20 sammitində iştirakı hələ təsdiq edilməyib”

Sonrakı məqalə

“Mazda” Rusiyadakı payını 1 avroya satıb