Prezident İlham Əliyev və Paşinyanın görüşünün keçirilməsi üçün danışıqlar aparılır

Azərbaycan və Ermənistanın rəsmi nümayəndələri iki ölkənin liderlərinin görüşü barədə danışıqlar aparır.

TASS xəbər verir ki, bu barədə bu gün brifinqdə hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının rəhbəri Eduard Ağacanyan bildirib.

“Bildiyim qədəri ilə, liderlərin (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan) görüşünün keçirilməsi üçün danışıqlar aparılır, lakin konkret tarixiləri deyə bilmərəm”, – o əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.