Prezident İlham Əliyev İspaniya ilə sazişi təsdiqləyib
09 Mart 2022 - 15:34
Prezident İlham Əliyev Azərbaycanla İspaniya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişini təsdiqləyib.
“Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanmış Saziş təsdiq edilsin- deyə sənəddə bildirilir.