Prezident İlkin Süleymanovla bağlı həbs qərarını vermiş hakimi işdən çıxartdı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir neçə ilkin  instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Azpost.info Azadmediatv.com -a istinadən bildirir ki, sərəncama əsasən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilən hakimlərdən biri Tovuz rayon məhkəməsinin hakimi Mustafayev Nofəl Qara oğludur.

Məhkəmə hakimi Nofəl Mustafayev 2019-cu il noyabrın 21-də Tovuzun Dondar Quşçu kəndində nənəsi və əmisinin evindən naməlum şəkildə itkin düşən 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanov haqqında  2020-ci ilin yanvarında  həbs qətimkan tədbiri seçən hakimdir.

Mustafayev Nofəl Qara oğlu 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1998-ci ildə Goranboy Rayon Polis Şöbəsində İstintaq Bölməsində müstəntiq, 1998-2001-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində müstəntiq, 2001-2004-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində təhqiqatçı vəzifələrində çalışıb.

Nofəl Mustafayev 2004-2005-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində təhqiqatçı, 2005-2010-cu illərdə Gəncə Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı, Təşkilati inspektor bölməsinin rəisi, 2010-cu ildən indiyə qədər Tovuz Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb.

Əvvəlki məqalə

Valyutanın bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Məhkəmə İsa Qəmbərin DSMF-ə qarşı iddiasına bu tarixdə baxacaq