Prezident Putin Həbiblə görüşdü:“Əla qələbə oldu” (FOTO)

Prezident Putin Dağıstanda məşhur güləşçi Həbib Nurməhəmmədovla görüşüb.

Azpost.info bildirir ki, Həbib Putinlə hava limanında görüşüb.

“Əla qələbə idi. Mən baxırdım. Afərin, boğucu fəndin yaxşı idi. Boğazından tutub hər iki tərəfdən sıxdın. Hər şey düzgün oldu”- deyə Putin onu tərifləyib.

Prezident həmçinin Həbibin atasına təşəkkür edib.

Qeyd edək ki, Həbib sentyabrın 7-də amerikalı Dastin Pore üzrəində qələbə çalaraq dünya çempionu adını özündə saxlayıb.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir