“Priqojinin hərəkətləri vətəndaş münaqişəsinə çağırışdır” –FTX AÇIQLAMA YAYIB

Rusiya Federal Təhlükəsizlik Xidməti “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Milli Antiterror Komitəsi “Vaqner”in rəhbərindən qanunsuz hərəkətləri dayandırmağı tələb edib.

 

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin bəyanatları və hərəkətləri əslində Rusiya ərazisində silahlı vətəndaş münaqişəsinin başlanmasına çağırışlardır.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin yaydığı məlumatda bildirilib.

“Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri ilə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir. Priqojinin adından sosial şəbəkələrdə guya Rusiya Müdafiə Nazirliyinin Vaqner özəl hərbi şirkətinin qüvvələrinə zərbələr endirməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və təxribatdır”, – deyə FTX-ın açıqlamasında qeyd olunub.

Əvvəlki məqalə

Rusiya MN “Vaqner” silahlı qrupunun rəhbəri Priqojinin iddialarını təkzib edib

Sonrakı məqalə

General Surovikin “Vaqner” döyüşçülərini silahı yerə qoymağa çağırıb