“Problemli kreditlәr maliyyә sisteminin sabitliyi üçün təhlükə olaraq qalmaqdadır”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bank 2020-ci il və ortamüddәtli dövr üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә Bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bəyanatdan çıxarılan nəticələri aşağıdakı kimi qeyd emək olar:
– Tәdiyә balansının müsbət saldosunu xarici ticarәt balansı, daha konkret desək neft təmin edir.
– Kapital vә maliyyә hesabının kәsiri əhəmiyyətli azalıb və bunun basilica səbəbi ticarәt kreditlәri vә avans ödәnişlәrinin azalmasıdır.
– Mərkəzi Bank ilk dəfə olaraq ölkәnin beynәlxalq investisiya mövqeyi ilə bağlı məlumatı açıqlayıb və mlum olub ki, aktivlәr (111 mlrd. dollar) öhdәliklәri (54 mlrd. dollar) 2 dәfәdәn çox üstәlәyir.
– İqtisadi artımın əsas lokomotivi istehlakın artımı olub və bunu pul gәlirlәri vә kredit qoyuluşlarının artımı dəstəkləyib.
– Manatın məzənnəsinin sabitliyi inflyasiyanın əsas sabitlləşdirici elementi olub”.
– Valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın bahalaşması təzyiqi olub.
– Problemli kreditlәr maliyyә sisteminin sabitliyi üçün təhlükə olaraq qalmaqdadır
– Kredit portfelindә istehlak kreditlәrin payı 50.4%-ә çatıb”.