Prokurorluq Zaqataladakı qətl barədə məlumat yayıb

Zaqatalada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Zaqatala rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevlə görüşüb

Sonrakı məqalə

Rusiya xəbər sildirmək üçün “Google”a 215 min dəfə müraciət edib