Fransa çempionu olan PSJ hücumçu Kilian Mbappeyə əvəzləyici tapıb.
Azpost.info bildirir ki, Paris klubu İspaniya çempionu “Barselona”nın və Fransa millisinin 24 yaşlı hücumçusu Usman Dembeleni almağa çalışacaq. Bu barədə “Footmercato” portalı yazır.
PSJ-nin yeni baş məşqçisi Luis Enrike onun komandaya gəlməsində maraqlıdır.
Dembele ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb. O, 8 qol vurub və 9 məhsuldar ötürmə verib. Dembelenin Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
Dembelenin transferi 60 milyon avro qiymətləndirilib.
24 yaşlı forvard Mbappe bu ay “Real-Madrid”-ə keçəcək.
Azpost.info