“Rusiya tərəfi pulunu ödədiyimiz silahları Ermənistana göndərməyib”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, hazırda problemin həlli istiqamətində danışıqlar aparılır. Xüsusən də silahların alınması üçün ödənilən vəsaitlər hesabına Rusiyaya olan borcun azaldılması məsələsi üzərində iş aparılır.
“Bu problemlərin həlli mexanizmləri ilə bağlı məsləhətləşmələr aparılır. Bir çox variantlar var, məsələn, borcun azaldılması. Biz bilirik ki, Rusiyanın özünə silah lazımdır. Bu kontekstdə problemi iş mühitində həll etməkdə qərarlıyıq. Ümid edirəm ki, müzakirələr konkret nəticələrə gətirib çıxaracaq”, – Paşinyan bildirib.
Azpost.info