Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi üzrə tədbirlər haqqında fərman imzaladı

12 Noyabr 2020 - 14:53

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

TASS-ın verdiyi xəbərə görə, Rusiya Prezidenti ildə iki dəfədən az olmayaraq Dağlıq Qarabağdakı sülhməramlıların rotasiyasının keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.