Putin Ərdoğanla hansı məsələləri müzakirə edəcək?- Peskov AÇIQLADI

Prezident Vladimir Putinin Türkiyəyə səfəri zamanı bir sıra önəmli məsələlər müzakirə olunacaq.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva ilə Ankara arasında ticari-iqtisadi əlaqələrin bütün aspektlərinə toxunulacaq.

“Hesablaşmalarla bağlı problemlər, Rusiya-Türkiyə bankının yaradılması və qaz qovşağının qurulması üçün yol xəritəsi – bütün bu məsələlər gündəmdə olacaq”, – Peskov deyib.

Qeyd edək ki, Putin Ankaraya fevralın 12-də gedəcək.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.