Putin Lavrovun birinci müavinini vəzifəsindən azad etdi

Rusiya xarici işlər nazirinin birinci müavini Vladimir Titov tutduğu vəzifədən azad edilib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Titov 1958-ci ildə anadan olub. XİN sistemində 1980-ci ildən fəaliyyət göstərir. O, nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Titov 2013-cü ildən xarici işlər nazirinin birinci müavini vəzifəsini tuturdu.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.