Putin regional hakimiyyət orqanlarını Kursk vilayətinə kömək etməyə çağırıb

Rusiyanın regional hakimiyyət orqanları Kursk vilayətinə yardım göstərməyə cəlb edilməlidir.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.

Samara vilayətinin qubernatoru vəzifəsini icra edən Vyaçeslav Fedorişev bildirib ki, region Kursk vilayətinə yardım göstərməyə hazırdır.

“Çox sağ olun! Ümid edirəm ki, Rusiyanın digər regionlarından olan digər həmkarlarınız da bu cür vəziyyətlərdə işə qarışıb hamının etməli olduğu işi görəcəklər”, – Putin bildirib.

O, region liderlərinin adi vətəndaşlardan qat-qat böyük imkanlara malik olduğunu vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.