Putin sərhəddəki vəziyyətlə bağlı təcili iclas keçirib

Rusiya prezidenti Vladimir Putin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı iclas keçirib.

Azpost.info RİA-Novosti-yə istinadən bildirir ki, Rusiya Baş nazirinin birinci müavini Denis Manturov və region liderlərida toplantıda iştirak edir.

“Mən sizi Rusiyanın sərhədyanı rayonlarında hazırda yaranmış vəziyyəti müzakirə etmək üçün toplamışam. Bizim hökumət üzvlərindən, o cümlədən Denis Manturovdan bu ərazilərdə sosial-iqtisadi xarakterli bütün məsələlərlə şəxsən məşğul olmağı xahiş etmişəm”, – Putin iclasın əvvəlində deyib.

Qeyd olunur ki, görüş zamanı Rusiya prezidenti Kursk vilayətində qurbanlara avtomatik rejimdə 15 min rubl ödənilməsi ideyasını dəstəkləyib.

Öz növbəsində Manturov bildirib ki, Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd ərazilərindən 115 min nəfər təxliyə edilib.

Əvvəlki məqalə

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb

Sonrakı məqalə

Ermənistan ölkəyə meymunların gətirilməsini qadağan edib