Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında telefon danışığı olub.
Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb
Liderlər Ukraynadakı vəziyyətə toxunub, həmçinin Yaxın Şərqlə bağlı fikir mübadiləsi aparıblar.
“Dünyanın bir sıra regionlarında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. O cümlədən Rusiya və Çinin Fələstin probleminin beynəlxalq hüquqi çərçivədə siyasi və diplomatik həllinə tərəfdar olduğu bəyan edilib. Ukraynadakı mövcud vəziyyətə də toxunulub”, – məlumatda deyilir.
Azpost.info