Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb - Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya prezidenti Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı vəziyyəti, eləcə də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla gözlənilən görüşü müzakirə edib.

“Qarabağdakı vəziyyət müzakirə edilib, üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, – Peskov deyib.

O həmçinin bildirib ki, görüş iştirakçıları avqustun 5-də Soçidə keçiriləcək Rusiya-Türkiyə danışıqları ilə bağlı fikir mübadiləsi aparıblar: “Söhbət, Rusiya və Türkiyə arasında ən yüksək səviyyədə aparılan danışıqlardan gedir”.

Kreml sözçüsü qeyd edib ki, görüşdə Rusiyanın sosial-iqtisadi inkişafına dair məsələlər də müzakirə olunub.

Azpost.info

Əvvəlki məqalə

Dünya üzrə koronavirusa yoluxma 9 faiz azalıb

Sonrakı məqalə

Rusiya XİN Bakı və İrəvanı atəşkəsə riayət etməyə çağırıb