“Putinin həbs olunmayacağına zəmanət vermirəm”- Braziliya prezidenti

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, Putini G20 sammitinə dəvət edəcək, lakin Rusiya prezidentinin orada həbs olunmayacağına zəmanət vermir.

Azpost.info xəbər verir ki, bu barədə “G1” nəşri yazıb.

“Putin gəlsə də, gəlməsə də, o Braziliyadakı G20-yə dəvət olunacaq. Bu, onun işidir, nəticələrini düşünməlidir. Qərar vermək mənim səlahiyyətimdə deyil”, – Silva deyib.

O əlavə edib ki, Putinin həbs edilib-edilməməsinə dair qərarı ölkə prezidenti kimi özü deyil, məhkəmə verəcək.

2023-cü ilin sentyabrında Lula da Silva ilk dəfə Putinin ölkəyə səfər edəcəyi təqdirdə həbs edilməyəcəyinə söz verdi, lakin elə ertəsi gün sözlərindən geri çəkildi. “İnanıram ki, Putin Braziliyaya təhlükəsiz gələ bilər. Onu deyə bilərəm ki, mən prezident olsam, o, heç vaxt həbs olunmayacaq”, – Silva sentyabrın 10-da demişdi.

Ertəsi gün Silva jurnalistlərə bildirdi ki, Rusiya prezidentini həbs edib-etməmək onun səlahiyyətində deyil və buna  məhkəmə sistemi qərar verəcək.

Azpost.info

Əvvəlki məqalə

Xalq artisti Həsənağa Salayevin doğum günüdür

Sonrakı məqalə

İran HDQ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib