Putini tənqid edən keçmiş hərbçi həbsxanadan cəbhəyə göndərilib

Qondarma “Donetsk Xalq Respublikası”nın həbsdə olan keçmiş “müdafiə naziri” İqor Qirkin-Strelkov Ukraynada müharibəyə göndərilib.

Azpost.info bildirir ki, bu barədə SHOT Telegram kanalı xəbər yayıb.

Mənbənin sözlərinə görə, onun vəkilləri bütün aidiyyatı idarələrdən müvafiq icazə ala biliblər.

İqor Qirkin Ukraynada hərbi əməliyyatlar başlandıqdan sonra Putini tənqid edib və ordunun ciddi səhvlərini açıqlamışdı.

Bir müddət sonra o, həbs olunaraq uzun müddətə azadlıqdan məhrum edilmişdi.

Əvvəlki məqalə

BRİKS sammitində Ermənistanı Paşinyan təmsil edəcək

Sonrakı məqalə

BCM Monqolustandan Putini həbs etməkdən imtina etdiyinə görə izahat istəyir