Astanaya gəlişi günü Putinə Ukrayna bayrağı “sürprizi”- Dövlət Xidməti açıqlama yaydı /FOTO

Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı Astanada LED ekranda Ukrayna bayrağının görünməsinə haker hücumu səbəb olub.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Dövlət Texniki Xidməti məlumat yayıb.

Məlumata görə, hücum xarici İP ünvanlardan olan proxy serverlərdən istifadə edilməklə həyata keçirilib.

“Bu il noyabrın 27-də Astana şəhərində LED ekranların birində bayrağın əks olunan şəklinin qısa müddətə dəyişdirildiyi qeydə alınıb”, – məlumatda deyilir.

Vladimir Putin noyabrın 27-də iki gün davam edəcək dövlət səfəri ilə Qazaxıstana gəlib. İşgüzar səfərin ilk günündə ölkə rəhbəri Qasım-Jomart Tokayevlə danışıqlar aparılıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və İranın birgə hərbi təlimi başa çatıb

Sonrakı məqalə

Tovuzda 6 nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə xəstəxanada keçinib